Moldova Prezidenti Zelenski ilə görüşdü


  • 25 Yanvar 16:27

Moldova prezidenti Maya Sandu Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Maya Sandu “X” platformasındakı paylaşımında bildirib.

“Biz regional təhlükəsizlik, infrastruktur əlaqələri, ticarət və Aİ-yə üzvlük mövzularını müzakirə etdik. Xüsusi diqqət enerji əməkdaşlığına və Rusiya təzyiqinə qarşı mübarizəyə yönəldi. Ukraynanın həmrəyliyinə görə minnətdaram”, - Moldova Prezidenti paylaşımında bildirib.

Oxşar xəbərlər