- 09:17
Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Marko Rubio ilə telefon danışığı aparıb.
E-huquq.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
“Xarici İşlər Naziri Hakan Fidan həmkarına yeni vəzifəsində uğurlar arzulayıb”, – telekanal qeyd edib.
Tərəflər Türkiyə və ABŞ-nin iki müttəfiq olaraq əməkdaşlıqlarını qarşılıqlı hörmət və etimad əsasında həyata keçirmək istiqamətindəki qətiyyətlərini vurğulayıblar. Regional məsələlərdə koordinasiya içində hərəkət etməyin əhəmiyyətinə toxunublar.