- 09:17
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Ermənistana səfərə hazırlaşır.
E-huquq.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bildirib.
Onun sözlərinə görə, səfər yaxın həftələrdə planlaşdırılır.
Nazir müavini səfərin təfərrüatlarını açıqlamayıb.