Türkiyədə hoteldəki yanğına görə 13 nəfər saxlanıldı


  • 24 Yanvar 11:54

Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortundakı hoteldə baş verən yanğına görə saxlanılanların sayı 13-ə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Bildirilib ki, hazırda yanğının səbəblərinin müəyyənləşdirilməsi üçün 7 nəfərlik ekspert komissiyasının yekun hesabatı gözlənilir.

Xatırladaq ki, hoteldə yanğın yanvarın 21-i gecə saatlarında baş verib. Yanğın zamanı müəssisədə ümumilikdə 238 qonaq olub. Bununla əlaqədar yanvarın 22-də Türkiyədə matəm elan edilib.

Oxşar xəbərlər