Papua Yeni Qvineyada avtobusa silahlı hücum nəticəsində 7 nəfər ölüb


  • 14:46

Papua Yeni Qvineyanın Enqa əyalətində silahlı qruplaşmanın sərnişin avtobusuna etdiyi hücumda 7 nəfəri həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, silahlılar Enqa əyalətinin Laqaip bölgəsində dağlıq nöqtədə hərəkətdə olan avtobusa atəş açıblar.

Komissar müavini Cozef Tondop verdiyi açıqlamada hücumda ən az 7 sərnişinin həyatını itirdiyini, 17 nəfərin isə itkin düşdüyünü bildirib: "Bu şəxslərin sağ və ya yaralı olduğu bəlli deyil. Kolların arasında gizlənmə və ya qonşu tayfalara sığınma ehtimalları var"

O, hücumun qisas xarakterli oldğunu, hadisənin avtobusun sərnişinlərindən biri ilə hücum edən qrup arasındakı düşmənçilikdən qaynaqlandığını ehtimal etdiklərini bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər