Yunanıstanda çiçək xəstəliyinə görə heyvanların daşınması qadağan edilib


  • 14:23

Yunanıstanda çiçək xəstəliyinə görə qoyun və keçilərin daşınması qadağan edilib.

E-huqquq.az xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstanın kənd təsərrüfatı inkişafı və qida naziri Kostas Çiarasın sədrliyi ilə keçirilən onlayn iclasda xəstəliyin yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlərin həyata keçirildiyini açıqlayıb.

Nazir Çiaras hər hansı səbəbdən qoyun və keçilərin daşınmasının 10 gün müddətinə qadağan edildiyini bildirərək, 104 təsərrüfatda yoluxma səbəbindən 17 min 500 heyvanın məhv edildiyini qeyd edib.

Çiaras, "Ölkəmiz çiçək xəstəliyi səbəbiylə ciddi epidemioloji təhlükə ilə üz-üzədir. Çiçək xəstəliyi son dərəcə yoluxucu bir xəstəlikdir və insan sağlamlığını təhdid etməsə də, heyvanlar arasında geniş yayılır", - deyə bildirib.

Nazir bildirib ki, qəbul edilən qərara uyğun olaraq qoyun və keçilərin daşınmasının qadağan edilməsi ilə yanaşı, xəstəliyin yayılma riskinin azaldılması məqsədilə 3 kilometr mühafizə zolağı və 10 kilometr müşahidə zolağı yaradılacaq.

Qeyd edək ki, nazirlik tələf olan hər heyvana görə heyvandarlara 150-500 avro ödəyir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər