Traktor aşdı, 5 nəfər xəsarət aldı


  • 13:45

Türkiyənin Konya şəhərinin Beyşehir rayonunda kənd təsərrüfatı işçilərini daşıyan traktorun qoşqusu aşıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qəza nəticəsində 5 nəfər qadın işçi yaralanıb.

Hadisə yerinə təcili yardım və jandarma qrupları cəlb edilib.

Yaralılar Beyşehir Dövlət Xəstəxanasına çatdırılıb.

Məlumata görə, traktorda olan qadınlar Yenidoğan rayonuna qoz yığmaq üçün gedirlərmiş

Şəbənm Mehdizadə

Oxşar xəbərlər