İsrail ordusu “Hizbullah”ın yeni liderinin öldürüldüyünü təsdiqlədi


  • 01:04

İsrail ordusu “Hizbullah” təşkilatının icra şurasının rəhbəri Haşim Safi əd-Dinin zərərsizləşdirildiyini rəsmən elan edib.

E-huquq.az xəbər verir ki, o, hərəkatın sabiq uzunmüddətli lideri Həsən Nəsrullahın öldürülməsindən sonra baş katib postuna əsas namizəd hesab edilirdi.

“Artıq, təxminən üç həftə əvvəl həyata keçirilən əməliyyat nəticəsində “Hizbullah” təşkilatının icra şurasının rəhbəri Haşim Səfi əd-Din və “Hizbullah”ın kəşfiyyat qərargahının rəhbəri Hüseyn Əli əz-Zeymənin digər komandirlərlə birlikdə Beyrutdakı Dahiya bölgəsində öldürüldüyünü təsdiqləmək olar”, - deyə İsrail ordusunun mətbuat xidmətinin bəyanatında deyilir.

Bəyanatda ümumilikdə həmin əməliyyat nəticəsində təşkilatın silahlı birləşmələrinin 25 üzvünün öldürüldüyü bildirilir.

Oxşar xəbərlər