Kubada qasırğa bir sıra fəsadlar törədib


  • 21 Oktyabr 16:40

"Oskar" tropik qasırğası Kubada həyata mənfi təsir edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, qasırğa nəticəsində bir neçə gündür elektrik enerjisinin kəsilib, bəzi binalara ziyan dəyib.

Tropik qasırğanın dünən saatda 75 kilometr sürətlə Quantanamo şəhərinə çatdığı bildirilib.

Qasırğanın insan itkisinə səbəb ola biləcəyi ehtimal edilir.

Kubada əsas elektrik stansiyalarında yaranan nasazlıq səbəbindən oktyabrın 18-dən milyonlarla insan işıqsız qalıb.

Rəsmilər gərgin səylərdən sonra paytaxt Havana başda olmaqla bəzi bölgələrə enerji verilməyə başladığını, lakin ölkənin 80 faizinin hələ də elektriksiz qaldığını və bəzi şəhərlərdə fasilələrin 30 saatdan çox davam etdiyini açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər