Nigeriyada 129 milyon insan yoxsulluq içində yaşayır


  • 21 Oktyabr 14:07

Nigeriyada 129 milyon insanın yoxsulluq içində yaşayır.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilib.

İnflyasiyanın artmasının milyonlarla nigeriyalını aclığa məhkum etdiyi qeyd olunan hesabatda, iqtisadi inkişafın inflyasiya qədər sürətli olmadığı üçün yoxsulluğun sürətlə artdığı ifadə vurğulanıb.

Hesabatda ötən il ölkədə yoxsulluq içində yaşayan insanların sayının 115 milyon olduğu, yəni bu il daha 14 milyon nigeriyalının yoxsullaşdığı qeyd edilib.

Nigeriyada gəlir bərabərsizliyi, "Boko Haram" terror təşkilatı və silahlı dəstə üzvlərinin hücumları kimi problemlər ölkə iqtisadiyyatına mənfi təsir göstərir.

İqtisadi böhran və təhlükəsizlik problemləri səbəbiylə çətin şəraitdə yaşayan bəzi nigeriyalılar daha yaxşı həyat ümidi ilə qeyri-qanuni yollarla Avropaya çatmağa çalışırlar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər