Türkiyədə güclü zəlzələ nəticəsində 4 nəfər xəsarət alıb


  • 14:18

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 3 bina qismən çöküb.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X"-də etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, Malatya, Elazığ və Şanlıufa vilayətlərinin hər birində bir bina qismən çöküb.

A.Yerlikanın sözlərinə görə, zəlzələ ilə əlaqədar indiyə kimi 112 qaynar xəttinə 374 müraciət daxil olub.

Məlumata görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Oxşar xəbərlər