Qroznıda partlayışa səbəb olmaqda şübhəli bilinən şəxs həbs edildi


  • 15 Oktyabr 21:06

Çeçenistanın paytaxtı Qroznı şəhərində yanacaqdoldurma məntəqəsində partlayışa səbəb olmaqda şübhəli bilinən yük maşınının sürücüsü həbs edilib.

E-huquq.az xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, dörd nəfərin ölümü, beşinin isə yaralanması ilə nəticələnən hadisədə təhlükəsizliyə əməl etməyən şübhəli şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə oktyabrın 12-də baş verib. Qaz sisterninin partlaması nəticəsində 4 nəfər ölüb. Ölənlərdən ikisi uşaq olub (5 və 6 yaşında).

Oxşar xəbərlər