Nigeriyada qayığın batması nəticəsində ölənlərin sayı 70-ə çatıb


  • 12:15

Nigeriyanın Niger əyalətində sərnişinləri daşıyan qayığın batması nəticəsində həyatını itirənlərin sayı 70-ə yüksəlib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Milli Daxili Su Yolları Təşkilatından verilən açıqlamada oktyabrın 1-də Niger əyalətinin Mokva bölgəsindəki Gbajibo çayında qayığın batmasından sonra xilasetmə işlərinin davam etdiyi bildirilib.

Qeyd olunub ki, qəzada həyatını itirənlərin sayı 70-ə çatıb, 150 nəfər xilas edilib.

Nigeriya Prezidenti Bola Əhməd Tinubu həyatını itirənlərə görə əyalət xalqına başsağlığı verib.

Xatırladaq ki, oktyabrın 1-də Niger əyalətinin Mokva bölgəsində təxminən 300 nəfərin olduğu qayıq Qbajibo çayında aşıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər