Türkiyədə FETÖ-yə qarşı keçirilən əməliyyatda 10 nəfər saxlanılıb


  • 12:06

Türkiyənin 4 şəhərində FETÖ-yə qarşı keçirilən əməliyyatda 10 şübhəli şəxs saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Konya Prokurorluğunun FETÖ ilə bağlı apardığı araşdırmalar çəçivəsində terror təşkilatının Türkiyə Silahlı Qüvvələrinin gizli strukturunda yer aldığı iddia edilən 12 şübhəli haqqında həbs qərarı çıxarılıb.

Ankara, İstanbul, Konya və Isparta şəhərlərində eyni vaxtda keçirilən əməliyyatda onlardan 10 şübhəli şəxs yaxalanıb.

Digər şübhəlilərin tutulması istiqamətində tədbirlərin davam etdiyi bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər