Türkiyədə zəncirvari qəzada 13 nəfər xəsarət alıb


  • 11:43

Türkiyənin Samsun şəhərinin Çarşamba rayonunda baş verən zəncirvari yol qəzasında 13 nəfər yaralanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 6 nəqliyyat vasitəsinin toqquşması nəticəsində xəsarət alanlardan 4-ü uşaqlar olub.

Yaralılar təcili tibbi yardımın vasitəlisə Çarşamba Dövlət Xəstəxanasına aparılıb.

Vəziyyəti ağır olan 16 yaşlı yeniyetmə ilk tibbi yardımdan sonra Ondokuz May Universiteti (OMÜ) Tibb Fakültəsi Xəstəxanasına göndərilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər