Türkiyədə PKK/KCK-ya qarşı əməliyyatda 14 nəfər saxlanılıb


  • 11:34

Türkiyənin Mersin şəhərində PKK/KCK terror təşkilatına qarşı keçirilən əməliyyatda 14 şübhəli şəxs saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, terror təşkilatının fəaliyyətlərinin deşifrə edilməsi istiqamətində işlər davam etdirilib.

Görülən tədbirlər nəticəsində təşkilat daxilində fəallıq göstərən, toplantı və yürüşlərdə iştirak edən, sosial mediada işə götürmə və təbliğat fəaliyyəti ilə məşğul olan şübhəlilərin tutulması üçün əməliyyat təşkil edilib.

Şəhər mərkəzi və Tarsus rayonunda göstərilən ünvanlarda həyata keçirilən əməliyyatda 14 şübhəli yaxalanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər