Paşinyan: İranla münasibətlərin inkişafı Ermənistanın prioritetlərindən biridir

“İranla münasibətlərin inkişafı Ermənistan hökumətinin prioritetlərindən biridir”.

E-huquq.az xəbər verir ki, bunu İrəvanda səfərdə olan İranın Birinci vitse-prezidenti Məhəmməd Reza Aref ilə görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

İranın vitse-prezidenti isə bildirib ki, “ölkəsi Ermənistanın ərazi bütövlüyünü dəstəkləyir və regionda sərhədlərin dəyişdirilməsini qəbuledilməz sayır”.