Türkiyə sərhədini qanunsuz keçmək istəyən 12 nəfər saxlanılıb


  • 30 Sentyabr 15:28

Türkiyə sərhədini qanunsuz keçmək istəyən 12 nəfər saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, qanunsuz yollarla Yunanıstana getməyə çalışan və Suriyadan Türkiyəyə keçmək istəyən şəxslər saxlanılıb

Onlardan 7-nin FETÖ, 2-nin isə PKK terror təşkilatı üzvü olduğu müəyyən edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər