Sərnişin avtobusu yük maşınına çırpılıb: yaralılar var


  • 30 Sentyabr 15:17

Türkiyənin Mersin şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az xəbər verir ki, Mersinin Tarsus rayonunda sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində 4 nəfər yaralanıb.

Hadisə yerinə xilasedicilər və təcili yardım qrupları cəlb edilib.

Yaralılar təcili yardımla Tarsus Dövlət Xəstəxanasına aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər