Türkiyədə terrorçulara məxsus 30 sığınacaq məhv edilib


  • 30 Sentyabr 15:07

Türkiyənin Tunceli şəhərində terrorçuların istifadə etdiyi 30 sığınacaq və mağara dağıdılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər veri ki, bu barədə Tunceli valiliyi məlumat yayıb.

Məlumata görə, Jandarma Komandanlığı qrupları Aliboğazı, Ahbanos, Işıkvuran, Dereova və Sarıyayla bölgələrində terror təşkilatlarına qarşı əməliyyat keçirib.

Təhlükəsizlik qüvvələri dağlıq və meşəlik ərazilərdə terrorçuların istifadə etdiyi 30 sığınacaq və mağara müəyyən edib.

Sığınacaqlarda və mağaralarda aparılan axtarışlar zamanı terrorçulara məxsus 6 ədəd partlayıcı qurğu, silah-sursat və zəruri ləvazimatlar aşkar edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər