İsrail husilərin neft anbarlarına zərbələr endirdi: 4 nəfər öldü, 29 nəfər yaralandı - YENİLƏNİB


  • 29 Sentyabr 22:03

İsrailin husilərin nəzarətində olan Yəmənin Hudeydə şəhərinə endirdiyi zərbələr nəticəsində azı 4 nəfər ölüb, 29 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə husilərin formalaşdırdığı hökumətdəki Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib.

***

İsrail aviasiyası Yəməndə husilərin nəzarətində olan Hudeyda dəniz limanına hücum edib.

E-huquq.az xəbər verir ki, bu barədə “Al Jazeera“ telekanalı məlumat yayıb.

Qeyd edilir ki, hücum nəticəsində liman terminalındakı neft çənlərindən biri yanıb.

“Al Mayadeen” telekanalının məlumatına görə isə, İsrail aviasiyası Hudeyda limanına 10-dan çox zərbə endirib, həmçinin şəhərdəki hava limanına və elektrik stansiyasına hücum edib.

Oxşar xəbərlər