ABŞ-da məhkəmə binasında partlayış olub


  • 26 Sentyabr 14:06

ABŞ-ın Kaliforniya ştatında məhkəmə binasında partlayış olub.

E-huquq.az CNN-ə istinadən xəbər verir ki, naməlum şəxs məhkəmə binasının girişindəki nəzarət-keçid məntəqəsinə öz çantasını atıb. Çantadakı partlayıcının partlaması nəticəsində 6 nəfər yaralanıb.

Hadisəni görən şəxs polis tərəfindən saxlanılıb.

Onun qanunsuz silah gəzdirməkdə ittiham olunan 20 yaşlı Nathaniel McGuire olduğu müəyyən edilib.

Federal Təhqiqat Bürosunun (FTB) xüsusi agenti Ted Doks faktla bağlı araşdırmaya başladıqlarını və müvafiq qrupların hadisə yerinə gəldiyini bildirib.

O, şübhəlinin terrorçu qruplarla heç bir əlaqəsi olmadığını söyləyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər