Türkiyədə ağır yol qəzası: ölənlər və yaralılar var


  • 26 Sentyabr 13:54

Türkiyənin Ərzincan şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ərzincanın Kova kəndi yaxınlığında 2 yük maşınının toqquşması nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb.

Əraziyə təcili yardım, xilasetmə və polis qrupları cəlb edilib.

Yaralılar Refahiyə Dövlət Xəstəxanasına aparıblar.

Qəza ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər