Myanmada "Yagi" qasırğasının qurbanlarının sayı 419-a çatıb


  • 25 Sentyabr 17:02

Myanmada sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 419-a çatıb.

E-huquq.az Sinxua agentliyinə istinadən xəbər verir ki, "Yagi" qasırğasından sonra yağan güclü yağışlar daşqın və torpaq sürüşməsinə səbəb olub.

Myanma Dövlət Administrasiya Şurasının məlumatına görə, axtarış və xilasetmə işlərinə təxminən 14,2 milyon dollar ayrılıb.

Birləşmiş Millətlər Təşkilatından (BMT) verilən açıqlamada Myanmada təbii fəlakətdən zərər çəkənlərin sayının 887 minə çatdığı bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər