Afrikada 30 min nəfər meymunçiçəyi virusuna yoluxub


  • 25 Sentyabr 16:44

Afrikada bu il 30 min nəfər meymunçiçəyi virusuna yoluxub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, yoluxanların əksəriyyəti Konqo Demokratik Respublikasının vətəndaşı olub.

ÜST-ün hesabatına görə, qitədə 800-dən çox insan virusu nəticəsində dünyasını dəyişib.

Afrika Birliyi Xalq Sağlamlığı Agentliyinin açıqlamasında 2023-cü ildə epidemiyanın yayıldığı 7 ölkədə 14 min 957 yoluxma faktının və 739 ölüm halının qeydə alındığı bildirilib.

Bu göstəricilər 2022-ci ilə nisbətən 78,5 faiz çoxdur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər