Türkiyədə 4,5 bal gücündə zəlzələ oldu


  • 25 Sentyabr 16:21

Türkiyənin Bitlis şəhərində 4,5 bal gücündə zəlzələ baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ Bitlisin Tatvan rayonunda, yerli vaxtla saat 14.50-də, yerin 7 kilometr dərinliyində qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər