Yaponiyada güclü yağışlar nəticəsində ölənlərin sayı 9-a çatıb


  • 25 Sentyabr 15:11

Yaponiyada yağan güclü yağışlar nəticəsində 9 nəfər ölüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyanın qərbindəki İşikava əyalətinin Noto və Suzu bölgələrinə yağan güclü yağışlar sel və torpaq sürüşmələrinə səbəb olub.

Təbii fəlakət zamanı 9 nəfər həyatını itirib, 8 nəfər isə itkin düşüb.

Bölgədə çoxlu sayda insan köməksiz vəziyyətdə qalıb.

Onların təxliyəsi üçün tədbirlər davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər