Sərnişin avtobusu qəzaya uğrayıb: yaralılar var


  • 25 Sentyabr 14:54

Türkiyənin Adana şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Adananın Pozantı rayonunda sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili ibbi yardım, polis və yanğınsöndürmə briqadası göndərilib.

Qəzada yaralanan 3 sərnişin təcili tibbi yardım maşını ilə şəhərdəki xəstəxanalara aparılıb.

Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər