Türkiyədə zəncirvari yol qəzasında 1 nəfər ölüb, 7 nəfər yaralanıb


  • 16:20

Türkiyənin Manisa şəhərində zəncirvari yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Manisanın Saruhanlı rayonunda iki avtomobil və bir traktorun toqquşduğu zəncirvari yol qəzasında 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Qəza yerinə çox sayda təcili yardım, polis və jandarma qrupları cəlb edilib.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər