Fəhlələri daşıyan avtobus qəzaya uğrayıb, 13 nəfər yaralanıb


  • 12:24

Türkiyənin Bursa şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursanın İnegöl rayonunda fəhlələri daşıyan avtobusun aşması nəticəsində 13 nəfər yaralanıb.

Qəza yerinə jandarma, xilasetmə və təcili yardım qrupları cəlb edilib.

Yaralılar ətrafdakı xəstəxanalara çatıb.

Onların səhhətinin yaxşı olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər