İranda zəlzələ: 51 nəfər öldü, yaralıların sayı 28-ə çatdı - YENİLƏNDİ


  • 22 Sentyabr 20:03

İranın Cənubi Xorasan ostanında 5,2 maqnitudalı zəlzələ nəticəsində 28 nəfər xəsarət alıb.

E-huquq.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Zəlzələ zamanı stresslə əlaqədar 10 nəfərə isə yerində lazımi dəstək verilib.

***

19.08

İranın Cənubi Xorasan ostanında 3 günlük matəm elan edilib.

E-huquq.az xəbər verir ki, İran prokurorluğu Təbas kömür mədəni ilə bağlı araşdırmalara da başlayıb.

Son rəsmi məlumata əsasən, Təbas kömür mədənində dünən saat 21.00 radələrində baş vermiş partlayışda 51 nəfər ölüb, 17 yaralı var.

***

17.37

İranın Cənubi Xorasan ostanında 5,2 maqnitudalı zəlzələ olub.

E-huquq.az xəbər verir ki, bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 16.13 radələrində Bocnurd şəhərində qeydə alınan zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Oxşar xəbərlər