İranda kömür mədənində partlayışda 51 nəfər ölüb - YENİLƏNİB


  • 22 Sentyabr 13:46

İranın Cənubi Xorasan ostanındakı Təbas kömür mədənində qaz partlayışında ən azı 51 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

Qeyd edilib ki, 17 nəfər yaralanıb.

***

10.12

İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətinin Təbəs rayonunda daş-kömür mədənlərindən birində baş verən partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə yüksəlib.

E-huquq.az xəbər verir ki, bunu İranın Cənubi Xorasan vilayətinin fövqəladə hallar üzrə idarəsinin baş direktoru Məhəmməd Əli Axundi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən gecə baş verən partlayış nəticəsində yaralıların sayı 17 nəfərdir.

Axundi bildirib ki, metan qazının partlayışı mədənin “B” blokunda qeydə alınıb və həmin blokdan təxminən 2 km uzaqlıqda yerləşən “C” bloku ilə əlaqədə olduğuna görə, metan qazı hər iki bloka yayılıb.

Vilayət rəsmisi qeyd edib ki, qeyd olunan mədən 250 metr dərinlikdə yerləşir və uzunluğu 700 metrdir. Qeyd olunan 2 blokda 69 nəfər çalışır.

Oxşar xəbərlər