Fransada yeni hökumətin tərkibi təsdiqləndi


  • 21 Sentyabr 22:41

Fransada yeni hökumətin tərkibi təsdiqlənərək elan olunub.

E-huquq.az xəbər verir ki, Fransa prezident administrasiyasının rəhbəri Aleksi Koler nazirlərin siyahısını açıqlayıb.

"Demokratik Hərəkat Partiyası"ndan olan Jan-Noel Barro yeni xarici işlər naziri təyin edilib. O, Fransa Prezidenti Emmanuel Makronun təklifi ilə Aİ-nin çiçəklənməsi və sənaye strategiyasına cavabdeh olan Avropa Komissiyasının vitse-prezidenti vəzifəsinə təyin edilmiş "İntibah" partiyasından olan Stefan Sejurneni əvəz edəcək.

Fransa Silahlı Qüvvələr naziri postunu yenə Sebastyan Lekornyu tutacaq.

Oxşar xəbərlər