Portuqaliyada matəm elan olundu


  • 20 Sentyabr 14:58

Portuqaliyada meşə yanğınları zamanı 7 nəfər ölüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, sentyabrın 14-dən bəri davam edən və 120 min hektardan çox meşə sahəsini məhv edən yanğın artıq nəzarət altına alınıb.

7 nəfərin həyatını itirdiyi, 160-a yaxın insanın yaralandığı yanğınlarla bağlı aparılan araşdırmalar çərçivəsində indiyədək 5 nəfər saxlanılıb.

Averio, Vila Real, Braqa, Viseu və Koimbra kimi bəzi kəndləri tamamilə məhv edən yanğınlar nəticəsində yüzlərlə insan evsiz qalıbğı, minlərlə avtomobil yanaraq külə dönüb.

Təbii fəlakət nəticəsində həyatını itirənlər üçün milli matəm elan edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər