Borc üstündə silahlı insident: 2 nəfər ölüb, 4 nəfər yaralanıb


  • 20 Sentyabr 14:25

Türkiyənin Ankara şəhərində qohumlar arasında silahlı insident baş verib.

E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, hadisə Ankaranın Kalecik rayonunda küçədə baş verib.

Çörək biznesi ilə məşğul olan və bir-biri ilə qohum olan iki ailə arasında başlayan mübahisə qısa zamanda silahlı insdentə çevrilib. Tərəflər bir-birinə bıçaqla hücum edib.

Hadisə nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

İnsidentin borca görə baş verdiyi bildirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər