Türkiyədə ağır yol qəzası olub, yaralılar var


  • 20 Sentyabr 13:45

Türkiyənin Trabzon şəhərində ağır yol qəzasında 7 nəfər yaralanıb.

E-huquq.az türkiyə mətbuatına istinadən xəbər verir ki, Trabzonun Araklı rayonunda minik avtomobili ilə yük maşını toqquşub.

Hadisə yerinə təcili yardım, polis və Trabzon Böyükşəhər Bələdiyyəsi Xilasetmə İdarəsinin işçiləri cəlb edilib.

Yaralılar ətrafdakı xəstəxanalara aparılıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər