Dalağı yerinə səhvən qaraciyəri çıxarılan 70 yaşlı xəstə öldü


  • 19 Sentyabr 12:44

ABŞ-ın Alabama ştatında yaşayan 70 yaşlı şəxs həkim səhlənkarlığı ucbatından həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, həmin şəxs Florida ştatında cərrahiyyə əməliyyatı olunub.

Əməliyyat zamanı dalağı yerinə təsadüfən qaraciyəri çıxarılan xəstə dünyasını dəyişib.

Qeyd edək ki, ABŞ-da 2022-ci ildə 1440, 2023-cü ildə isə 1411 belə hadisə baş verib.

Həmin hadisələrin 8 faizi xəstənin ölümü ilə nəticələnib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər