Türkiyədə şagirdlər arasında kütləvi zəhərlənmə olub


  • 19 Sentyabr 12:37

Türkiyənin Samsun şəhərində kütləvi zəhərlənmə baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Samsunun Bafra rayonunda özəl məktəblərdən birində nahar vaxtı toyuq və düyü yeyən şagirdlərin evə getdikdən sonra halı pisləşib.

13 şagird qida zəhərlənməsi şübhəsi ilə Bafra Dövlət Xəstəxanasına aparılıb.

Şagirdlərdən ikisi müalicə olunduqdan sonra evə buraxılıb.

Digərlərinin müalicəsi isə davam edir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər