Bodrum sahillərində 51 qanunsuz miqrant xilas edilib


  • 19 Sentyabr 12:20

Türkiyənin Muğla şəhərində 51 qanunsuz miqrant xilas edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Muğlanın Bodrum sahillərində mühərriki xarab olan qayıqda bir qrup şəxsin olduğu müəyyən edildikdən sonra bölgəyə Sahil Mühafizə Botu (KB-35) göndərilib.

Qayıqda olan 15 qanunsuz miqrant xilas edilərək sahilə çıxarılıb.

Həmin ərazidə Yunanıstan tərəfindən Türkiyəyə geri göndərilən digər bir qayıqda isə 36 qanunsuz miqrant Komandanlığın əməkdaşları tərəfindən xilas edilib.

Qanunsuz miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər