BMT İsrailin Fələstin torpaqlarından çıxmasını tələb edən qətnamə qəbul edib


  • 18 Sentyabr 22:29

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İsrail ordusunun Fələstin ərazilərindən 12 ay ərzində çıxarılması tələbinin qoyulduğu qətnaməni 124 səslə qəbul edib.

E-huquq.az xəbər verir ki, sənədin lehinə 12 ölkə çıxıb, 43-ü isə bitərəf qalıb.

Qətnamədə həmçinin ölkələr İsrailin yaşayış məntəqələrindən idxal olunan məhsullara qadağa qoyulmasına çağırılıb.

Bu, Fələstin tərəfinin BMT-də bir sıra hüquqlara yiyələndikdən sonra təqdim etdiyi ilk ali sənəddir.

Oxşar xəbərlər