Rumıniyada güclü zəlzələ - Bəzi ölkələrdə də hiss olundu


  • 16 Sentyabr 20:46

Rumıniyada 5,2 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 11,3 min nəfərin yaşadığı Nehoyu şəhərindən 17 km şimal-şərqdə yerləşib.

Yeraltı təkanlar Ukrayna, Moldova və Bolqarıstanda da hiss olunub.

Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.

Oxşar xəbərlər