Türkiyədə şagirdlər arasında kütləvi zəhərlənmə olub


  • 16 Sentyabr 15:57

Türkiyənin Şanlıurfa şəhərində məktəblilər arasında kütləvi zəhərlənmə baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şanlıurfanın Haliliye rayonunda məktəbin qarşısındakı mağazadan aldıqları tortu yeyən ibtidai sinif şagirdlərindən bəziləri ürəkbulanma, ağrı və ishal şikayəti ilə məktəb rəhbərliyin müraciət edib.

6 şagird qida zəhərlənməsi şübhəsi ilə şəhərdəki xəstəxanalara aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər