Bodrum sahillərində 102 qanunsuz miqrant saxlanılıb


  • 16 Sentyabr 14:12

Türkiyənin Muğla şəhərində 102 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Muğlanın Bodrum sahillərində Sahil Mühafizəsi Səyyar Radarı tərəfindən 3 rezin qayıqda bir qrup qeyri-qanuni miqrantın olduğu müəyyən edilib.

Dərhal bölgəyə Komandanlığın əməkdaşları cəlb edilib.

Komandalar rezin qayıqlarda 50-si uşaq olmaqla 102 qeyri-qanuni miqrantı yaxalayıb.

Həmin ərazidə Yunanıstan tərəfindən Türkiyəyə geri qaytarılan rezin qayıqdakı 1 qeyri-qanuni miqrant isə xilas edilib.

Qanunsuz miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər