Türkiyədə ağır yol qəzası: 4 nəfər ölüb, 6 nəfər yaralanıb


  • 16 Sentyabr 13:51

Türkiyədə ağır yol qəzasında 4 nəfər ölüb, 6 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Adananın Ceyhan rayonunda yük maşını ilə xidməti mikroavtobus toqquşub.

Qəza yerinə təcili yardım və xilasedicilər cəlb edilib.

Yaralılar təcili yardımla ətrafdakı xəstəxanalara çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər