Türkiyədə fabrikdəki partlayışda xəsarət alanların sayı 28 nəfərə çatıb - FOTO - YENİLƏNİB


  • 15 Sentyabr 20:13

Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda fabrikdə baş vermiş partlayışda yaralananların sayı 28 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Sakarya valisi Yaşar Karadeniz bildirib.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Vali yaralılardan 6-sının vəziyyətinin ağır olduğunu bildirib.

Hadisə ilə bağlı araşırdırmalara başlanılıb.

***

16.21

Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda un məmulatları zavodunda partlayış olub.

E-huquq.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Partlayışda 20 nəfərin yaralandığı bildirilir.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər