Almaniyada hər beş uşaqdan biri yoxsulluq riski altındadır


  • 13 Sentyabr 16:22

Almaniyada 15 yaşdan kiçik uşaqların 18,8 faizi yoxsulluq həddinin altında gəliri olan ailələrdə yaşayır.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Alman Əmək Bazarı və Peşə Araşdırmaları İnstitutu məlumat yayıb.

Məlumata görə, adambaşına düşən milli gəlirin 50 min dollardan çox olduğu Almaniyada 2022-ci ildə hər 5 uşaqdan biri yoxsulluq riski altında yaşayıb.

Tədqiqat hesabatında yoxsulluq riski altında olan uşaqların əksəriyyətinin həyat standartlarında maddi məhdudiyyətlər olduğu bildirilib.

Hesabatda xüsusilə tək valideynli ailələrdə olan uşaqların, miqrant mənşəli olanların, 3 və ya daha çox bacısı olanların və Şərqi Almaniyadan olanların digər uşaqlara nisbətən daha çox yoxsulluq riski altında olduğuna diqqət çəkilib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına görə, ev təsərrüfatlarının xalis gəlirinin 60 faizindən azına sahib olan hər kəs yoxsulluq riski altında sayılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər