Meksikada iğtişaşlara görə tədris prosesi dayandırılıb


  • 13 Sentyabr 15:52

Meksikanın Sinaloa əyalətində narkotik kartelinin törətdiyi iğtişaşlara görə bəzi məktəblərdə tədris prosesi dayandırılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Sinaloa qubernatoru Ruben RoCha məlumat verib.

Rocha iğtişaşlara görə Elota, Cosala və San Ignaciodakı bütün məktəblərdə tədris prosesinə ara verildiyini söyləyib.

Meksika prezidenti Andres Manuel Lopez Obrador əyalətə kifayət qədər sayda təhlükəsizlik qüvvələri yerləşdiriləcəyini bildirib.

Sinaloa Prokurorluğu, 9-11 sentyabr tarixlərində 16 avtomobil oğurluğu, 14 adam qaçırma və 9 qətl hadisəsinin qeydə alındığını açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər