Vyetnamda qasırğa nəticəsində 233 nəfər ölüb


  • 13 Sentyabr 15:21

Vyetnamda "Yagi" qasırğası nəticəsində ölənlərin sayının 233-ə çatıb.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Vyetnam Fəlakətin Qarşısının Alınması və Nəzarət Agentliyi məlumat yayıb.

Məlumata görə, qasırğa nəticəsində 103 nəfər itkin düşüb, 823 nəfər yaralanıb.

Vyetnam administrasiyası qasırğadan zərər çəkmiş bölgələrdə yardım və xilasetmə əməliyyatlarının aparılması üçün minlərlə hərbçi təyin edib.

Ölkənin şimalındakı sahilyanı şəhərlərdə yaşayan 50 mindən çox insan təxliyə edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər