Türkiyədə silahlı insident: ölən və yaralılar var


  • 13 Sentyabr 13:35

Türkiyənin Kocaeli şəhərində silahlı insident zamanı 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kocaelinin Çayırova rayonunda əyləncə məkanında bir qrup şəxs arasında başlayan mübahisə qısa müddət sonra silahlı insidentə çevrilib.

Nəticədə 5 nəfər ağır yaralanıb.

Hadisə yerinə polis və təcili yardım qrupları cəlb edilib.

Yaralılar Kocaeli və İstanbuldakı müxtəlif xəstəxanalara aparılıb.

Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı 2 nəfər saxlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər