Braziliyada qanunsuz olaraq qızıl çıxaran dəstə üzvləri həbs edildi


  • 11 Sentyabr 14:43

Braziliyada Amazon meşələrindən qeyri-qanuni yolla qızıl çıxaran dəstəyə qarşı əməliyyat keçirilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Braziliya polisinin ölkənin şimalında yerləşən Para əyalətində, Yanomami bölgəsindən qeyri-qanuni yollarla qızıl çıxaran cinayətkar dəstənin üzvlərinə qarşı keçirdiyi əməliyyat zamanı xeyli sayda insan saxlanılıb.

Məhkəmə 13 nəfər haqqında həbs qərarı verib.

Amzons, Roraima və Mato Grosso, eləcə də Para əyaləti kimi bir çox bölgədə həyata keçirilən əməliyyatlar zamanı təxminən 3,1 ton qeyri-qanuni hasil edilmiş qızıldan əldə edilən yüz milyonlarla dollar ələ keçirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər